Tramp təsdiqlədi: Almaniyadan qoşunlar çıxarılır
Far.Az xəbər saytı

Tramp təsdiqlədi: Almaniyadan qoşunlar çıxarılır


ABŞ prezidenti Donald Tramp Almaniyada yerləşən hərbi qüvvələrinin sayının azaldılması ilə bağlı planlara münasibət bildirib.

Far.Az xəbər verir ki, Ağ Ev rəhbəri Floridanın Vest Palm-Biç şəhərində jurnalistlərlə söhbəti zamanı qeyd edib ki, Vaşinqton Almaniyadakı hərbi kontingentini ciddi şəkildə azaltmağa hazırlaşır.

Onun sözlərinə görə, ixtisar yalnız 5 min hərbçi ilə məhdudlaşmayacaq, bu rəqəm daha yüksək ola bilər.

Bundan əvvəl Pentagon açıqlamışdı ki, yaxın 6-12 ay ərzində Almaniyadan təxminən 5 min amerikalı hərbçi geri çəkiləcək.

Qeyd edək ki, Almaniyada ABŞ ordusunun mövcudluğu davam edəcək və ölkədə 30 mindən çox hərbçi qalacaq. ABŞ hərbi qüvvələrinin xaricdə yerləşdirilməsi baxımından Almaniya hələ də önəmli mövqedədir və bu göstəriciyə görə yalnız Yaponiyadan geri qalır. Bu ölkədə isə təxminən 50-55 min ABŞ hərbçisi xidmət edir.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Almaniyadan Azərbaycana 18 zubr yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər