Samir Rzayev: Belqrad-Bakı aviareysi iki ölkə arasında əlaqələrə töhfə verəcək
"Belqrad-Bakı aviareysi Azərbaycanla Serbiya arasında əlaqələrin daha da inkişafına töhfə verəcək".
"Far.Az" xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev bildirib.
Onun sözlərinə görə, Belqrad-Bakı marşrutu üzrə birbaşa aviareyslərin açılması çox mühüm hadisədir:
"Bu, yalnız yeni istiqamətin əlavə olunması deyil, eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq nəqliyyat qovşağı kimi rolunun daha da güclənməsi deməkdir. "Air Serbia" ilə əməkdaşlıq çərçivəsində açılan bu marşrut sərnişinlər üçün daha rahat və çevik səyahət imkanları yaradır. Həftədə 2 dəfə həyata keçiriləcək uçuşlar həm işgüzar səfərlərin, həm də turizmin inkişafına müsbət təsir göstərəcək".
O əlavə edib ki, Belqrad istiqaməti Bakı hava limanının beynəlxalq uçuş şəbəkəsini genişləndirir və sərnişinlərə Cənub-Şərqi Avropa istiqamətində daha əlçatan bağlantı təqdim edir:
"Bu gün ilk reyslə Serbiyadan rəsmi qonaqların ölkəmizə səfəri də bu layihənin əhəmiyyətini bir daha göstərir. Onları Bakıda salamlamaqdan məmnunuq. Bizim əsas məqsədimiz sərnişinlər üçün təhlükəsiz, rahat və effektiv səyahət mühiti təmin etməkdir. Bu istiqamətdə xidmət keyfiyyətinin artırılması, rəqəmsal həllərin tətbiqi və əməliyyat səmərəliliyinin gücləndirilməsi üzrə işlərimizi davam etdiririk. Əminik ki, Belqrad-Bakı reysi həm sərnişinlər, həm də tərəfdaşlarımız üçün uğurlu olacaq və iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcək".
Oxşar xəbərlər
Samir Rzayev: Bakı–Belqrad aviareysi iki ölkə arasında əlaqələrə töhfə verəcək
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
"Bakı Marafonu 2026" başlayıb
-
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib
-
"Bild": Almaniya NATO-nun şərq cinahında tank briqadası yerləşdirir
-
Tramp İranın qalan raket potensialını da məhv etmək istədiyini bildirib
-
"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib













