Şahin Bağırov: "Ağbənd keçid məntəqəsi layihəsi yaxın zamanlarda tamamlanacaq"
Yaxın zamanda Ağbənd keçid məntəqəsi layihəsinin tamamlanması nəzərdə tutulur.
"Far.Az" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, gömrük orqanlarının qarşısında da işğaldan azad olunmuş ərazilərdə gömrük nəzarətinin təşkili ilə bağlı mühüm vəzifələr dayanır: "Bildiyiniz kimi, Şərqi Zəngəzur Gömrük İdarəsi yaradılıb və həmin ərazilərdə fəaliyyət göstərir. Orada əməkdaşlarımız yüklərin və ərazilərə gətirilən malların rəsmiləşdirilməsi, eləcə də gömrük nəzarətinin həyata keçirilməsi ilə məşğuldurlar".
Ş. Bağırov qeyd edib ki, bununla yanaşı, keçid məntəqələrinin yaradılması istiqamətində də işlər aparılır: "Bir müddət əvvəl Laçın buraxılış məntəqəsində gömrük nəzarət məntəqəsi yaradılıb. Hazırda isə Ağbənd keçid məntəqəsi üzərində işlər davam etdirilir. Yaxın zamanda həmin layihənin də tamamlanması nəzərdə tutulur. Digər istiqamətlər üzrə də gömrük orqanlarına aid edilmiş məsələlərlə bağlı fəaliyyətimizi davam etdiririk və bundan sonra da davam etdirəcəyik".
Oxşar xəbərlər
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
ÜST rəhbəri "MV Hondius" sərnişinlərinin təxliyəsinə nəzarət edəcək
-
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
İsrailin Livana hücumları nəticəsində azı 19 nəfər ölüb - YENİLƏNİB
-
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb













