ÜST: Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur
Far.Az xəbər saytı

ÜST: Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur


Azərbaycan hantavirus üzrə endemik bölgə hesab olunmur və ölkə ərazisində yaşayan gəmiricilər arasında bu virusa rast gəlinmir.

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.

Bildirilib ki, Azərbaycanda yaşayan gəmiricilər arasında bu virusa rast gəlinmədiyi üçün ölkədə hantavirus infeksiyası rutin laborator müayinə panellərinə daxil deyil:

"Bununla belə, Azərbaycanda həm insan, həm də heyvan sağlamlığı üzrə laboratoriyalarda hantavirusun müayinəsi üçün bütün texniki imkanlar mövcuddur. Səhiyyə Nazirliyi bu məsələdə ÜST-ün tövsiyələrini rəhbər tutur və ÜST-lə qarşlıqlı əməkdaşlıq edir. Zəruri olduğu təqdirdə (məsələn, müvafiq klinik əlamətləri olan və epidemioloji baxımdan riskli ölkələrdən gələn şəxslər) klinik protokollara uyğun şəkildə müayinələr təşkil ediləcək".

Oxşar xəbərlər

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Virusa yoluxan 97 yaşlı aktyor süni tənəffüs aparatına qoşuldu
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" ilə bağlı tədbir keçirilib
Ağdamda "Böyük Qayıdış" çərçivəsində kütləvi tibbi müayinə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər