Azərbaycan güləşçisi Xədicə Qurbanzadə U-17 Avropa çempionatında finala yüksəlib
Far.Az xəbər saytı

Azərbaycan güləşçisi Xədicə Qurbanzadə U-17 Avropa çempionatında finala yüksəlib


Azərbaycanın qadın güləşçisi Xədicə Qurbanzadə Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında finala yüksəlib.

"Report" xəbər verir ki, 49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz polşalı Zuzanna Ptak və finlandiyalı Kerttu Helmi Uşanoffa heç bir şans tanımayıb.

Hər iki rəqibini 10:0 hesabıyla üstələyən güləşçimiz yarımfinalda Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovaya qalib gəlib – 4:1. Xədicə sabah finalda ukraynalı Olena Kolubayla güləşəcək.

Məryəm Əmrəli (57 kq) ilkin mərhələdə italiyalı Sara Servedioya (2:8), Nuray Həsənli (65 kq) isə 1/8 finalda türkiyəli Bade Doğana (0:11) məğlub olub.

Oxşar xəbərlər

Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Bu günün valyuta məzənnələri
Avropa çempionatı: Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB-12
Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Avropa çempionatı: Balabəy Ağayev də bürünc medal uğrunda görüşə vəsiqə əldə edib - YENİLƏNİB-10

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər