AFFA prezidenti "Sabah"ı təbrik edib
Far.Az xəbər saytı

AFFA prezidenti "Sabah"ı təbrik edib


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf "Sabah" klubunu qələbə münasibətilə təbrik edib.

"Far.Az" xəbər verir ki, R.Nəcəf bunu "X" sosial şəbəkə hesabında yazıb.

"Hörmətli "Sabah" klubunun rəhbərliyi, məşqçilər heyəti və futbolçular!

Sizi və çoxsaylı azarkeşlərinizi futbol üzrə Azərbaycan Kubokunun qalibi olmağınız münasibətilə AFFA adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm!", - o bildirib.

AFFA prezidenti "Zirə" ilə matçın gərgin keçdiyini xatırladıb:

"Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən bu turnirdə nümayiş etdirdiyiniz əzmkar oyun, peşəkarlıq və qələbə ruhu sizi layiqli zəfərə daşıdı. Final qarşılaşmasında göstərdiyiniz yüksək performans futbolsevərlərə yaddaqalan anlar yaşatdı.

Bu uğur təkcə meydandakı futbolçuların deyil, eyni zamanda klubda çalışan hər bir əməkdaşın və komandanı daim dəstəkləyən sadiq azarkeşlərin birgə əməyinin nəticəsidir.

İnanıram ki, Azərbaycan Kubokunun qalibi kimi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək, yeni uğurlara imza atacaqsınız.

Bir daha hər birinizi bu inamlı qələbə münasibətilə təbrik edir, gələcək oyunlarda və turnirlərdə yeni nailiyyətlər arzulayıram!".

Qeyd edək ki, "Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub.

Finalda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbəyə seviniblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AFFA prezidenti: İnanıram ki, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəksiniz
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər