Azərbaycanda qeyri-bank təşkilatları "Açıq bankçılığ"a qoşula biləcəklər
Azərbaycanda bank olmayan hüquqi şəxslər üçün "Açıq Bankçılıq" infrastrukturunun yaradılması və azə bir neçə qeyri-bank təşklatının həmin sistemə qoşulması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.
"Yəni bir təşkilatın hansısa bir bankda hesabı varsa, internet-bankçılıq və yaxud mobil bankçılıq tətbiqi üzərindən həmin hesabları digər platformalara əlavə edə biləcək. Növbəti strateji dövrdə planımızdadır ki, hüquqi şəxslər hesabların əlavə edilməsindən əlavə, bu hesablar üzərindən hər hansı bir əməliyyatlar apara - vətəndaşlar kimi ödənişlər edə bilsinlər. İkinci əsas hədəfimiz odur ki, ekosistem iştirakçılarını artıraq. Sırf bank və fintexlər yox, digər təşkilatlar da bu sistemə qoşula bilsin. Nümunə olaraq sığortaçılar və yaxud digər hansısa böyük maliyyə imkanları olan investisiya təşkilatları siyahıda ola bilsin. Bu, daha çox "Açıq Maliyyə" ("Open Finance") çərçivəsindədir", - deyə o qeyd edib.
AMB rəsmisinin sözlərinə görə, "Açıq bankçılıq" olmadan kartla ödəniş bir neçə instansiyadan, o cümlədən beynəlxalq kart təşkilatlarından (Visa, Mastercard) prosessinq mərkəzi) keçir və şirkətin xərci bir qədər çox olur: "Açıq Bankçılıq" çərçivəsində ödəniş olanda isə, vəsait, bir hesabdan digər hesaba köçürülür və üçüncü tərəf təşkilatlar burada iştirak eləmir. Son nəticədə ticarətçinin ekvayrinq xərci az olur. Ona görə növbəti strateji dövrdə əsas hədəflərimizdən biri də odur ki, həmin bu PIS (Payment Initiation Service) funksionallığı daha səmərəli istifadə olunsun və ticarətçilərin xərcləri bir az da aşağı salınsın".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
-
44 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərildi
-
Sizə də bu vitaminlərdən yazılıbsa İÇMƏYİN - Normadan aşağıdır
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib













