Bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB müəyyənləşdi
"Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi"ndə dəyişiklik edilib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər gömrük orqanı əməkdaşına ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinə (şəxsinə) məlumat verməli və maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri gömrük orqanına akt üzrə təhvil verməlidir.
Həmçinin gömrük orqanı əməkdaşı hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinin (şəxsinin) rəyini öyrənməlidir.
Daha əvvəl işçi qeyd olunan hallarda bilavasitə rəhbərinə məlumat verməli və onun rəyini öyrənməli idi.
Xatırladaq ki, oxşar qərar daha əvvl Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tərəfindən də imzalanmışdı.
Oxşar xəbərlər
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır
-
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
-
Türkiyənin 21 bölgəsində əməliyyat! Tanınmış jurnalist də daxil olmaqla 200 NƏFƏR SAXLANILDI
-
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib
-
"Nə qədər ki, sağam, mahnılarıma qulaq asın"













