Rossbax WUF13 haqqında: Mənzil problemlərinin həllinə diqqət yetirməyin vaxtıdır
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) qlobal çağırışlara baxmayaraq, istisnasız olaraq hamının mənzillə təmin oluna biləcəyinə dair inamın mənbəyi olacaq.
"Far.Az" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13-ün rəsmi açılış mərasimində bəyan edib.
Onun sözlərinə görə, WUF13 praktiki fəaliyyətlər, tərəfdaşlıqlar və investisiyalar vasitəsilə icra prosesini sürətləndirmək üçün bir fürsətdir: "Həll yollarına diqqət yetirməyin vaxtı yetişib".
Rossbax qeyd edib ki, Bakıdakı forum iyulda keçiriləcək Baş Assambleyanın (BMT-nin - red.) yüksək səviyyəli iclasına "aydın siqnal" göndərməlidir.
"Biz mənzil böhranını etiraf etmək mərhələsindən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) nailiyyətlərini konkret siyasətlər, investisiyalar və fəaliyyətlər vasitəsilə irəli aparmaq prosesinə keçid etməliyik. Ümid edirəm ki, biz Bakını qlobal çağırışlara baxmayaraq, mənzilin istisnasız olaraq hamı üçün əlçatan ola biləcəyinə dair yenilənmiş inamla tərk edəcəyik. Həmçinin, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsinə görə Azərbaycan hökumətinə təşəkkür etmək istərdim", - o vurğulayıb.
Oxşar xəbərlər
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Bolqarıstan Prezidenti İliyana Yotova Azərbaycana səfərə gəlib
-
WUF13 dünya mediasının diqqətində
-
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"













