"Barselona"nın futbolçusu Fermin Lopes əməliyyat olunacaq
Far.Az xəbər saytı

"Barselona"nın futbolçusu Fermin Lopes əməliyyat olunacaq


"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes İspaniya La Liqasının XXXVII turunda "Betis"ə qarşı keçirilən matçda zədələnib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, həkim müayinəsindən sonra 23 yaşlı futbolçunun sağ ayağının beşinci daraq sümüyündə sınıq aşkarlanıb.

İspaniyalı yarımmüdafiəçinin yaxın günlərdə əməliyyat olunacağı bildirilib.

Qeyd edək ki, "Barselona" "Betis"lə keçirilən ev oyununda 3:1 hesabı ilə qələbə qazanıb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ağdamın balaca sakinləri həkim müayinəsindən keçdilər
Bakı sakinləri Zəfərin beşinci ildönümünü qeyd edir
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Azərbaycan Kuboku: "Sabah" - "Zirə" oyununda hesab açılıb - YENİLƏNİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər