Xankəndiyə qatarla nə vaxtdan gedə biləcəyik?
Far.Az xəbər saytı

Xankəndiyə qatarla nə vaxtdan gedə biləcəyik?


Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində keçirilən müzakirələrdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən iri infrastruktur layihələri barədə yeni məlumatlar açıqlanıb.

Far.Az xəbər vetir ki, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, eləcə də Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, "Dəmir yolu və avtobus terminalı" layihəsi üzrə işlər mərhələli şəkildə davam etdirilir.

Məlumata görə, 28 kilometr uzunluğa malik Ağdam-Xankəndi dəmir yolu xəttində layihələndirmə işlərinin 90 faizi artıq tamamlanıb, tikinti işləri isə 51,1 faiz səviyyəsinə çatıb. Eyni layihə çərçivəsində inşa edilən Xankəndi Şəhər Dəmir Yolu və Avtovağzal Kompleksində də dizayn mərhələsi 90 faizlik icra göstəricisinə, tikinti işləri isə 40 faizlik tamamlanma səviyyəsinə yüksəlib.

Çıxışda vurğulanıb ki, yenidənqurma və şəhərsalma proseslərində vətəndaşların və sahə üzrə mütəxəssislərin iştirakına xüsusi önəm verilir. Eyni zamanda qərarların qəbulu zamanı şəffaflıq və hesabatlılıq prinsipləri əsas prioritetlər kimi müəyyən edilir.

Xankəndiyə qatarla nə vaxtdan gedə biləcəyik?

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Xankəndiyə gələn turistlərin sayı artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər