Erfan Ali: "Qlobal mənzil böhranı yalnız əməkdaşlıq yolu ilə həll oluna bilər"
Far.Az xəbər saytı

Erfan Ali: "Qlobal mənzil böhranı yalnız əməkdaşlıq yolu ilə həll oluna bilər"


Qlobal mənzil böhranı hazırda istisnasız olaraq bütün ölkə və qitələri əhatə edir və bu problem yalnız əməkdaşlıq yolu ilə həll oluna bilər.

"Far.Az" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitatın) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Körpülər əməkdaşlıq üçün: Davamlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həll yollarının axtarışında - Şəhərlərin səsləri" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, dayanıqlı mənzil və dayanıqlı şəhərlər üçün ən yaxşı həllərin axtarışı məqsədilə şəhərlər arasında əməkdaşlıq körpülərinin qurulması vacibdir: "Bu gün milyonlarla insan evsizdir və ya müasir standartlara cavab verməyən şəraitdə yaşayır. Belə vəziyyətdə istənilən həll yolu deyil, ən yaxşı və dayanıqlı həllər üzərində düşünməliyik. Müvəqqəti və qismən həllər artıq kifayət etmir, çünki həyat, texnologiyalar və insanların ehtiyacları sürətlə dəyişir. Yalnız ən yaxşı təcrübələr və effektiv həllər dayanıqlı inkişaf üçün möhkəm zəmin yarada bilər".

E. Ali bildirib ki, şəhərsalma mütəxəssisləri, yerli hakimiyyətlər, akademik dairələr, hökumətlər, beynəlxalq təşkilatlar, maliyyə institutları və özəl sektor arasında dialoq xüsusi əhəmiyyət daşıyır: "Yalnız belə əməkdaşlıq vasitəsilə şəhərsalma və mənzil böhranı ilə bağlı ən effektiv həllər üzrə ortaq anlayış formalaşdırmaq mümkündür. Meqapolislərin uğurlu təcrübələri digər şəhərlər üçün nümunə rolunu oynaya bilər, eyni zamanda planlaşdırma və strategiyalarda yol verilən səhvlər də digər şəhərlər üçün dərs olmalıdır".

Onun sözlərinə görə, Moskva, Rio-de-Janeyro, Kuala Lumpur, İzmir və Şanxay kimi şəhərlərin təcrübəsi bu baxımdan mühüm əhəmiyyət daşıyır: "Təşkilat dayanıqlı urbanizasiyanın təşviqi məqsədilə mənzil, torpaq və əsas xidmətləri fəaliyyətinin mərkəzinə qoyub və müxtəlif tərəflər arasında əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində çalışır".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər