Nazir: "Azərbaycanda ilin sonuna kimi avtobusların subsidiyalaşdırılmasının yeni sxemi tətbiq ediləcək"
Azərbaycan 2030-cu ilə qədər paytaxtdakı avtobus sayını 3 minə çatdırmağı hədəfləyir.
"Far.Az" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, layihəyə başlanılan zaman Bakıda təxminən 1 700 avtobus fəaliyyət göstərib: "Hazırda onların sayı 2 350-yə yüksəlib. Bu proses yalnız dövlət investisiyaları hesabına həyata keçirilmir, eyni zamanda özəl investisiyalar da cəlb olunur. Dövlət avtobus şirkətləri ilə özəl avtobus şirkətləri arasında bazar payının nisbətinə nəzər salsanız, bu, təxminən 50-yə 50 təşkil edir. Bu, qeyd etmək lazımdır ki, qonşu ölkələrimizdəki ən ciddi problemlərdən biridir. Onlar bizim təcrübəmizi və biliklərini mübadilə edərkən, həmişə özəl sektoru bazara buraxmamaqla əhəmiyyətli səhvə yol verdiklərini qəbul edirlər".
R.Nəbiyev qeyd edib ki, bir neçə onillik əvvəl müstəqil Azərbaycanda özəl sektora bazara giriş imkanı yaratmaq uzaqgörən və doğru qərar olub: "Bu addımı atmaqla, indi özəl və dövlət investisiyaları arasında müqayisəli üstünlüyü və xərc effektivliyini təmin etmək üçün bir mexanizmə sahibik. Bundan başqa, bu ilin sonunadək tətbiqinə başlanılacaq yeni sxemə keçid edirik ki, bu çərçivədə tənzimləyici olaraq sərnişinlərimizi kimin daşımasının mahiyyət etibarilə fərqi olmayacaq. Hər bir sərnişinin avtobusların qət etdiyi kilometrlərə uyğun olaraq subsidiyalaşdırılacağı bir sistem formalaşdırılacaq. Biz bunu "brutto müqavilə" sistemi adlandırırıq və onun qəbul olunmasına az müddət qalıb".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
-
Bakıdan Tbilisiyə qatarlar bərpa olunur? - RƏSMİ
-
UN-Habitat rəhbəri: Dünyanı ən sürətli urbanizasiya dalğası gözləyir
-
Bolt WUF 2026 ərəfəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib
-
ADY: BTQ dəmir yolu xəttində modernləşdirmə işləri tamamlanıb
-
İliyana Yotova: İlham Əliyev Bakını elə bir şəhərə çevirib ki, burada hər kəs gələcəkdən danışır













