Komitə rəsmisindən aliment ittihamı: "İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb"
Far.Az xəbər saytı

Komitə rəsmisindən aliment ittihamı: "İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb"


"Yerli icra hakimiyyətləri ilə işləyirik, amma əməkdaşlıq çox çətindir. Hər il məişət zorakılığı ilə bağlı sorğular, hesabatlar alırıq. Bizə rayonlardan verilən statistikaya baxıram. Rayonlar var ki, aliment ödəməyən kişilərin sayını sıfır göstərib. Demək ki, heç məsələ ilə maraqlanmayıblar".

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib:

"İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb. Elə bir rayon varmı ki, orada aliment ödəməyən valideyn olmasın? Belə bir şey yoxdur".

Oxşar xəbərlər

Azərbaycanda aliment ödəməyən 2344 nəfər həbs edilib - Cəza çıxış yoludurmu?
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər