Mədəniyyət Nazirliyində yubilyar mədəniyyət xadimləri ilə görüş olub
Mayın 21-də Mədəniyyət Nazirliyində bir qrup yubilyar mədəniyyət xadimi ilə görüş keçirilib.
Nazirlikdən "Far.Az"a bildirilib ki, görüşdə Xalq artistləri – dirijor Ağaverdi Paşayev, xanəndə Zümrüd Məmmədova, qarmon ifaçısı Ənvər Sadıqov, aktrisalar Məleykə Əsədova, Şükufə Musayeva, Xalq rəssamı Hüseyn Haqverdiyev və tanınmış şair, bəstəkar Xanım Qarayeva (İsmayılqızı) iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli yubileyləri münasibətilə onları təbrik edərək xoş arzularını çatdırıb.
Nazir qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata daim xüsusi münasibəti olub. Ulu Öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətin inkişafına davamlı diqqət göstərib, yaradıcı insanlara qayğı ilə yanaşıb. "Ümummilli Liderin təməlini qoyduğu bu ənənə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Mədəniyyətimizin inkişafına töhfə verən insanlar yüksək dövlət təltiflərinə, təqaüd və mükafatlara layiq görülürlər. Bu yanaşma və diqqət yaradıcı insanların fəaliyyətinə müsbət təsir göndərir və nəticədə Azərbaycan mədəniyyəti inkişaf edir, zənginləşir", – deyə nazir əlavə edib.
Sonra Adil Kərimli yubilyarlara Mədəniyyət Nazirliyinin Fəxri diplom və Təşəkkürnamələrini təqdim edib, cansağlığı, uzun ömür və fəaliyyətlərində uğurlar arzulayıb.
Mədəniyyət xadimləri çıxış edərək sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüb, göstərilən diqqətə və təltifə görə minnətdarlıqlarını bildiriblər.
Sonda birgə foto çəkdirilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
Taliban: Əfqanıstanda sülh bərqərar olub, ölkə dünya ticarətinin tranzit mərkəzinə çevrilə bilər
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar













