“Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olunub
Far.Az xəbər saytı

“Şuşa” musiqili filmi məşhur yayım platformasında təqdim olunub


Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Mərkəzi və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilən “Şuşa” adlı filmi “Stigmart” məşhur musiqili yayım platformasında yerləşdirilib.

Bu barədə "Far.Az"a Mədəniyyət Nazirliyindən bildirilib.

Beynəlxalq layihə olaraq “Altea Media” şirkəti tərəfindən lentə alınan film Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin və klassik musiqi irsimizin dünyada təbliği məqsədi daşıyır.

Filmdə Şuşa ilə bağlı arxiv materialları və şəhərin müasir ecazkar görüntüləri Xalq artisti Murad Hüseynovun pianoda Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Adil Bəbirov kimi görkəmli bəstəkarlarımızın klassik əsərlərini ifası ilə müşayiət olunur. Eyni zamanda Qarabağ xalçaları və Xalq rəssamı Arif Hüseynov, gənc rəssamlar Leyla Əliyeva və Anar Hüseynzadənin əsərləri təqdim edilir.

Filmdə AzTV, Milli Arxiv İdarəsi və “Azərxalça” ASC tərəfindən təqdim edilmiş materiallardan istifadə olunub.

Filmin dünyanın ən məşhur musiqi kanallarından hesab edilən “Mezzo TV”də də yayımlanması nəzərdə tutulur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyevanın doğum günüdür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər