Slovakiya Prezidenti: Azərbaycanla ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndiririk
Slovakiya Prezidenti Peter Pelleqrini azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Far.Az"un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Müsəlman dünyasında ilk demokratik respublikanın yaradılması günü kimi qeyd edilən bu əlamətlər bayram Azərbaycan xalqı üçün azadlıq, suverenlik və tərəqqi rəmzidir.
Slovakiya Azərbaycan ilə yaxşı səviyyədə olan ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndirir. Ötən ilin dekabr ayında Zati-alinizin Slovakiyaya ilk rəsmi səfəri ilə ölkələrimiz arasında əlaqələr əhəmiyyətli dərəcədə möhkəmlənib.
Mən Sizin gözəl ölkənizə tezliklə baş tutacaq rəsmi səfərimi səbirsizliklə gözləyirəm. Əminəm ki, ən yüksək səviyyədə qarşılıqlı səfər mübadiləsi əlaqələrimizi daha da dərinləşdirəcək, enerji, nəqliyyat, investisiyalar və mədəniyyət sahələrində əməkdaşlıq üçün yeni imkanlar açacaq.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, şəxsi rifah və ali dövləti vəzifənizdə yeni müvəffəqiyyətlər arzularımı qəbul etməyinizi xahiş edirəm.
Eyni zamanda, Sizə, eləcə də bütün Azərbaycan xalqına davamlı uğurlar, əmin-amanlıq və firavanlıq arzulayıram.
Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













