Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib
Far.Az xəbər saytı

Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib


Suraxanı bazarının ərazisində iri həcmli tikinti işləri aparılır.

BAKU.WS bildirir ki, "Xəzər" TV-yə müraciət edən Suraxanı rayonunun Əmircən qəsəbəsinin sakinləri iddia edirlər ki, bazara bitişik ərazidə əvvəllər anbar yerləşib. Həmin ərazi təmizləndikdən sonra burada yeni tikili inşa edilməyə başlanıb.

Sakinlərin sözlərinə görə, tikinti işləri gediş-gəlişə çətinlik yaradır və piyada səkilərinin bir hissəsi zəbt olunur.

Ərazidə fəaliyyət göstərən satıcılar da tikilinin bazar ərazisinə aid olduğunu təsdiqləyiblər.

Onların sözlərinə görə, tikintiyə bir neçə il əvvəl başlanılıb, lakin 2024-cü ildə işlər dayandırılıb.

"Suraxanıbazar" ASC-nin nümayəndəsi isə bildirib ki, sözügedən tikintinin aparılması 2024-cü ildə müvafiq icazə sənədləri olmadığı üçün dayandırılmışdı. Hazırda isə sənədlər aidiyyəti qurumlarla razılaşdırılıb və tikinti işlərinin davam etdirilməsi üçün zəruri prosedurlar yerinə yetirilib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Bakıda dörd tunel və üç yeraltı piyada keçidi inşa edilir
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər