Tramp ABŞ-nin Türkiyədəki səfirini özünün Suriya və İraq üzrə xüsusi nümayəndəsi təyin edib
Far.Az xəbər saytı

Tramp ABŞ-nin Türkiyədəki səfirini özünün Suriya və İraq üzrə xüsusi nümayəndəsi təyin edib


Amerika lideri Donald Tramp ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakı Suriya və İraq üzrə xüsusi nümayəndə təyin edib.

"Report"un məlumatına görə, Ağ Evin rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakın görkəmli iş gördüyünü və prezidentin Suriya və İraq üzrə xüsusi nümayəndəsi təyin ediləcəyini bildirməkdən məmnunam, çünki biz Suriya və İraq hökumətləri ilə strateji əməkdaşlığımızı inkişaf etdiririk və onlarla münasibətlərimiz möhkəmlənməyə davam edir", - o qeyd edib.

Trampın bildirdiyinə görə, Barrak bu zaman Türkiyədəki səfir vəzifəsində qalacaq, yeni statusunda isə "ABŞ Dövlət Departamentinin tam dəstəyi ilə" fəaliyyət göstərəcək.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
İlham Əliyev Esvatininin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş - TƏHLİL
Tom Barrak: ABŞ Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər