Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
Far.Az xəbər saytı

Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib


Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycanla karbohidrogen sektoru, neft, qaz, neft-kimya və "yaşıl enerji" layihələri üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair strateji anlaşma memorandumunu təsdiqləyib.

"Report" bu barədə Əlcəzair mediasına istinadən xəbər verir.

Memorandum karbohidrogen fəaliyyəti ilə bağlı tənzimləyici və hüquqi siyasətləri, habelə quruda və dənizdə neft-qaz kəşfiyyatı və hasilatı layihələrini əhatə edən geniş əməkdaşlıq çərçivəsi müəyyən edir.

Sazişə əsasən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Sonatrach Raffineria Italiana" şirkətinə uzunmüddətli əsasda yüngül Azərbaycan xam nefti və digər neft növlərini tədarük edəcək ki, bu da tərəflər arasında kommersiya enerji mübadiləsini gücləndirəcək.

Tərəfdaşlıq həmçinin "yaşıl enerji" təşəbbüslərini, xüsusilə hidrogenin inkişafı, nəqliyyat və enerji infrastrukturunu və insan kapitalının hazırlanması sahəsində əməkdaşlığı da əhatə edir.

Memorandum ilkin olaraq beş il müddətinə qüvvədədir və tərəflərdən biri rəsmi şəkildə müqavilədən çıxmadığı halda, avtomatik olaraq yenilənəcək.

Qeyd edək ki, memorandum 2022-ci il noyabrın 29-da imzalanıb. Saziş hər iki ölkənin qarşılıqlı maraqlara və enerji sektorunda koordinasiyaya əsaslanan uzunmüddətli tərəfdaşlıq vasitəsilə iqtisadi və sənaye əlaqələrini dərinləşdirmək niyyətini əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyev sözügedən anlaşmanı 2023-cü ilin fevralında təsdiqləyib.

Oxşar xəbərlər

MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
SOCAR-ın prezidenti "Özbəkistanın nefti və qazı" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər