Filippində binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə çatıb
Filippinin Anxeles şəhərində tikilməkdə olan doqquz mərtəbəli binanın uçması nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb, daha 14 nəfər isə itkin düşmüş hesab olunur.
"Report"un məlumatına görə, bu barədə hadisənin baş verdiyi Mərkəzi Luzon regionunun Yanğından Mühafizə Bürosu məlumat yayıb.
Xilasetmə xidmətləri axtarış-xilasetmə əməliyyatı çərçivəsində uçmuş tikilinin dağıntılarını təmizləməyə davam edir.
Bina mayın 24-nə keçən gecə uçub, həmin vaxt dörd nəfərin həlak olduğu barədə məlumat var idi. Dağıntılar altında onlarla fəhlə qalıb, 10-a yaxın insan fərdi qaydada xilas ola bilib, daha 26 nəfəri isə fəlakətdən sonrakı ilk saatlarda dağıntılar altından çıxarmaq mümkün olub.
Bundan əlavə, yaxınlıqdakı oteldə olan Malayziya vətəndaşı xəsarət alıb və daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kolumbiyada prezident seçkiləri keçirilir
-
Baş Şirvan kollektorunda timsah peyda olub?
-
Minifutbol üzrə Avropa çempionatında qrup mərhələsi başa çatıb, pley-off cütləri dəqiqləşib
-
Parisdə PSJ-nin qələbəsindən sonrakı iğtişaşlar zamanı dörd nəfər yaralanıb - YENİLƏNİB
-
Parisdə PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralanıb – YENİLƏNİB -2
-
"Turan Tovuz" avrokuboklara buraxılmaya bilər













