Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi istiqamətdə görülən işlər nəzərdən keçirilib
Far.Az xəbər saytı

Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi istiqamətdə görülən işlər nəzərdən keçirilib


"Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf Qazaxıstanın "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.

"Far.Az" xəbər verir ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında enerji sektoru üzrə əlaqələrin uğurlu inkişaf etdiyi qeyd olunub, SOCAR ilə "KazMunayGas" şirkəti arasında formalaşmış əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Söhbət zamanı Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması layihəsinin uğurla davam etdirildiyi bildirilib və bu istiqamətdə görülən işlər nəzərdən keçirilib. Tərəflər üçüncü ölkələrdə birgə investisiya imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər