Britaniyanın hərbi gəmisi texniki nasazlıq səbəbindən Norveç limanına daxil olub
Far.Az xəbər saytı

Britaniyanın hərbi gəmisi texniki nasazlıq səbəbindən Norveç limanına daxil olub


Böyük Britaniyanın Kral Hərbi Dəniz Donanmasının "HMS Prince of Wales" təyyarədaşıyan gəmisi NATO təlimlərində iştirak etdikdən sonra texniki nasazlıq səbəbindən Norveçin Stavanqer limanında lövbər salmağa məcbur olub.

"Far.Az" xəbər verir ki, bu barədə "Navy Lookout" məlumat yayıb.

Nəşrin məlumatına görə, mühəndislər əvvəllər Kopenhagenə səfərin ləğvinə səbəb olan problemləri həll edərkən gəmi bir neçə gündür lövbər salıb.

Britaniyanın Müdafiə Nazirliyi əvvəlcə kiçik texniki problem barədə məlumat verib, lakin təlimlər başa çatdıqdan sonra təyyarədaşıyan gəmi əlavə təmir üçün Stavanqerə qayıdıb.

Nəsazlığın səbəbi açıqlanmır. Təmir işlərinin gözləniləndən daha uzun çəkəcəyi bildirilir. Qeyd olunur ki, təmir gəminin davamlı döyüş hazırlığını təminatı üçün aparılıb.

Oxşar xəbərlər

FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər