Ukraynanın dron zərbəsi nəticəsində Rusiyadakı "Zenzevatka" stansiyasında neftin nəqli dayandırılıb
Ukraynanın Müdafiə Qüvvələri Ukrayna dronlarının zərbələri nəticəsində Rusiyanın Volqoqrad vilayətindəki "Zenzevatka" neft nasos stansiyasında neft nəqlinin dayandırıldığını bəyan edib.
"Far.Az" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatlarında bildirilib.
Ukrayna tərəfinin məlumatına görə, stansiyaya zərbə iyunun 2-də endirilib.
Eyni zamanda, Rusiya Silahlı Qüvvələri üçün yüksək dəqiqlikli silahların komponentlərini istehsal edən "Proqress" zavoduna hücum edildiyi bildirilib. Zərbə nəticəsində müəssisənin ərazisində yanğın baş verib.
Bundan əlavə, Ukraynanın Müdafiə Qüvvələri işğal altında olan Krımın "Saki" aerodromundakı RBSN-4N yaxın naviqasiya radiotexniki sistemini vurub.
Ayrıca qeyd olunub ki, Ukrayna qüvvələri Rusiyanın Leninqrad vilayətinin Kronştadt limanındakı gəmilərə və infrastruktur obyektlərinə zərbələr endirib.
Oxşar xəbərlər
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Azərbaycanda yağ istehsal edən müəssisənin fəaliyyəti dayandırılıb - FOTO
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













