Rubio: Livan və İsrail arasında davam edən danışıqların səmərəli olacağına ümid edirik
Far.Az xəbər saytı

Rubio: Livan və İsrail arasında davam edən danışıqların səmərəli olacağına ümid edirik


Vaşinqtonda, ABŞ Dövlət Departamentində artıq ikinci gündür ki, İsrail və Livan arasında danışıqlar gedir.

"Far.Az" CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvləri qarşısında çıxış edən dövlət katibi Marko Rubio bildirib.

O, iki ölkə arasında uzun illərdən bəri ilk dəfə keçirilən danışıqların səmərəli yekunlaşacağına ümid etdiyini qeyd edib.

"Hazırda, artıq ardıcıl olaraq ikinci gündür və çox uzun illərdən bəri ilk dəfədir ki, Livanın qanuni hökumətinin və İsrail hökumətinin nümayəndələri ABŞ Dövlət Departamentindədirlər. Ümid edirik ki, bugünkü danışıqlar Livanda təhlükəsizliyin təmin edilməsi üzrə birgə bəyanata və fəaliyyət planına gətirib çıxaracaq", - Rubio deyib.

O qeyd edib ki, dünən işçi səviyyədə baş tutan danışıqların ilk günü demək olar ki, yeddi saat davam edib. Məsləhətləşmələrin ikinci raundunun da günün böyük hissəsini tutacağı gözlənilir.

Oxşar xəbərlər

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident Xocalının Daşbulaq kəndində tut bağında görülmüş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər