Şoyqu: Ermənistanın Aİ-yə inteqrasiyası Aİİ və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir
Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
"Ermənistanın Aİ-yə inteqrasiyası, hətta şaxələndirmə adı altında olsa belə, ayrı-ayrı xadimlər bunun belə olmadığını nə qədər iddia etsələr də, AİB və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir. Bu cür addımlar Ermənistan iqtisadiyyatını dərin böhrana aparacaq", - o deyib.
Onun sözlərinə görə, Moskva bu cür seçimin nəticələrini maliyyələşdirmək niyyətində deyil.
"Açıq demək istəyirəm - biz nə Ermənistanın Aİ ilə əlaqələrinin genişlənməsini, nə avrostandartlara keçidin yumşaldılmasını, nə də bundan sonra yaranacaq iqtisadi böhrandan çıxışı maliyyələşdirməyəcəyik", - Şoyqu bildirib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Ermənistanın Aİ üzvlüyünün qeyri-müəyyən perspektivləri - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub













