"Hizbullah" İsrail və Livanın razılaşması fonunda tərk-silah olmayacağını açıqlayıb
Far.Az xəbər saytı

"Hizbullah" İsrail və Livanın razılaşması fonunda tərk-silah olmayacağını açıqlayıb


"Hizbullah" qruplaşması İsrail və Livanın atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılığa gəlməsinə münasibət bildirib.

"Far.Az"un "Fars" agentliyinə istinadən xəbərinə görə, "Hizbullah"ın Siyasi Şurasının sədr müavini Mahmud Qəmati heç bir qüvvənin Livan müqavimətini tərk-silah olmağa məcbur edə bilməyəcəyini deyib.

"ABŞ və İsrailin bütün səyləri uğursuzluqla nəticələnəcək. Qarşıdurma davam edir və müqavimət hələ də ayaqdadır", - M. Qəmati qeyd edib.

"ABŞ və İsrailin müqavimətin silahları ilə bağlı heç bir hüququ yoxdur, çünki bu, Livanın daxili məsələsidir", - "Fars" onun sözlərindən sitat gətirib.

Daha əvvəl ABŞ Dövlət Departamenti İsrail və Livan nümayəndə heyətlərinin ABŞ-dəki danışıqların nəticələrinə əsasən, atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılığa gəldiyini açıqlayıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər