Mincivan qəsəbəsinin işğaldan azad olunmasından dörd il ötür
Bu gün - oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür.
“Far.Az”un xəbərinə görə, Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan qəsəbənin erməni işğalçılarından təmizlənməsindən dörd il ötür.
2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri işğalçılardan azad edilib.
Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdə yerləşir. 1795-1798-ci illərdə aclıq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gələn ailələrin məskunlaşması nəticəsində yaranıb, oradakı kəndin adı da yeni məntəqəyə verilib. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınıb.
Qəsəbə 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğala qədər qəsəbə ərazisində yaşayış binaları, məktəblər, kitabxanalar, uşaq bağçaları, dəmir yolu stansiyası olub. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün yaşayış binalarını, məktəbləri, kitabxanaları, uşaq bağçalarını məhv edib, dəmir yolunu sökərək aparıblar. Düşmən buradakı relslərin bir hissəsini satıb, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdu.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür
Bu gün Zəngilanın azad olunmasından dörd il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
-
UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura start verilir













