Monteneqro və Fransa 100 milyon avro dəyərində saziş imzalayıb
Monteneqro və Fransa arasında 100 milyon avro dəyərində saziş imzalanıb.
"Far.Az"un Balkan bürosu xəbər verir ki, imzalanma iyunun 5-də Tivatda baş tutacaq Avropa İttifaqı - Qərbi Balkan ölkələri sammiti səbəbilə Monteneqroda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron və Monteneqro Baş naziri Miloyko Spayiçin iştirakı ilə baş tutub.
Monteneqronun maliyyə naziri Novitsa Vukoviç və Fransanın İnkişaf Agentliyinin icraçı direktor müavini Bertrand Valkenayerin imzaladığı sazişin dəyəri 100 milyon avrodur.
N. Vukoviç bildirib ki, Fransanın Monteneqroya etimadı həyata keçirilən islahatların nəticə verdiyinin təsdiqidir.
"Fransanın İnkişaf Agentliyi ilə imzalanan saziş daha keyfiyyətli ətraf mühitə, enerji keçidinə və ölkəmizin dayanıqlı Avropa gələcəyinə yönəlmiş bir investisiyadır", - o vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib
-
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək













