Uitkoff və Kuşner İranla danışıqların bir hissəsi olaraq ABŞ-nin nüvə laboratoriyasına baş çəkiblər
Far.Az xəbər saytı

Uitkoff və Kuşner İranla danışıqların bir hissəsi olaraq ABŞ-nin nüvə laboratoriyasına baş çəkiblər


ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner İranla danışıqları çərçivəsində iyunun 4-də Tennessi ştatındakı Ok-Ric Milli Laboratoriyasında məsləhətləşmələr aparıblar.

"Report" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Adı açıqlanmayan ABŞ rəsmisi nəşrə bildirib ki, Ok-Ric görüşü Vaşinqton və Tehran arasında razılaşmanın baş verəcəyi anlamına gəlmir:

"Lakin bu, danışıqların çox ciddi mərhələdə olduğunu və uğur qazanmaq üçün yaxşı şansın olduğunu göstərir və biz hazırlıqlı olmaq istəyirik".

Məqaləyə görə, rəsmilər, digərləri ilə yanaşı, əvvəllər Omanda İranla danışıqlarda iştirak etmiş nüvə mütəxəssisləri ilə görüşüblər.

ABŞ rəsmisi qeyd edib ki, məsləhətləşmələrə İranla müqavilənin əhatə edəcəyi şeyləri texniki cəhətdən necə həyata keçirəcəyini bilən əsas Amerika nüvə mütəxəssisləri də daxil olub.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Rəsmilər Şəhidlər xiyabanında
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir
Prezident və birinci xanım Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər