Britaniyada DİN-in düşmən fəaliyyətinə qarşı mübarizə səlahiyyətləri genişləndirilir
Böyük Britaniya parlamentinə Daxili İşlər Nazirliyinin (DİN) digər dövlətlərin düşmən fəaliyyəti ilə mübarizə aparmaq səlahiyyətlərini genişləndirəcək qanun layihəsi təqdim edilib.
"Report"un məlumatına görə, bu barədə hökumətin portalında dərc olunmuş bəyanatda bildirilir.
Sənəd təsdiqlənsə, gələn ay qüvvəyə minə bilər. Qanun layihəsi qadağan olunmuş təşkilatları dəstəkləmək, onları tərifləmək və yardım etmək üçün cinayət cəzalarını artıracaq. Digər dövlətlərlə əlaqəli olan bu cür təşkilatların xarici kəşfiyyat xidmətləri hesab edilməsi təklif olunur. Maksimum cəza 14 ilə qədər həbs müddəti ola bilər.
Təşəbbüsün İran ətrafındakı münaqişə fonunda Böyük Britaniyada antisemit hücumların artması ilə əlaqəli olduğu qeyd edilir.
Qeyd olunan hadisələr arasında yəhudi məhəlləsində bıçaqlı hücum, təcili yardım maşınlarının yandırılması, sinaqoqlarda və "Jewish Futures" xeyriyyə binasında yanğın törətmə cəhdləri də var.
Hakimiyyət orqanlarının məlumatına görə, bəzi hücumlara görə məsuliyyəti "Islamic Movement of the People of the Right Hand" kimi tanınan "Ashab al-Yamin" təşkiları üzərinə götürüb.
Oxşar xəbərlər
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib













