Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Əsasnamə təsdiqlənib
“Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiq edilib (əlavə olunur).
"Far.Az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmanla, həmçinin “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi embleminin təsviri” də təsdiqlənib (əlavə olunur).
***
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında ƏSASNAMƏ
1. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (bundan sonra ─ Agentlik) rəsmi emblemi Agentliyin rəmzidir. Rəsmi emblem Agentliyin hər bir əməkdaşına Agentliyin fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.
2. Agentliyin rəsmi emblemi Agentlik əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Agentliyə mənsubiyyətini bildirən nişandır.
3. Agentliyin rəsmi emblemi Agentliyin hərbi qulluqçularının geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Agentliyin rəsmi emblemi onun blanklarında, inzibati binalarının adı göstərilən lövhələrində yerləşdirilə bilər.
4. Agentliyin rəsmi embleminin təsvirindən istifadəyə aşağıdakı hallarda yol verilir:
4.1. Agentliyin çap məhsullarında, kino, video, fotomateriallarında;
4.2. Agentliyin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar).
***
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi embleminin TƏSVİRİ
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi kənarı boyunca enli qızılı haşiyəli qara dairə formasındadır.
Dairənin kənarı üzrə enli qızılı haşiyədən sonra ensiz qızılı haşiyə, qövs boyunca qızılı hərflərlə yuxarıda “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağıda “STRATEJİ OBYEKTLƏRİN MÜHAFİZƏSİ DÖVLƏT AGENTLİYİ” sözləri yazılmışdır. “AZƏRBAYCAN” sözündən əvvəl və “RESPUBLİKASI” sözündən sonra qızılı rəngli səkkizguşəli ulduz təsvir edilmişdir.
Dairənin mərkəzində üzərində 12 ədəd düymə təsvir edilmiş və kənarları boyu tünd qızılı kantla haşiyələnmiş növbəti qızılı dairənin daxilində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri verilmişdir. Dövlət Gerbinin arxasında kəsişmə görüntüsü yaradan, dəstəkləri və iti ucları görünən qızılı rəngli iki ədəd qılınc yerləşir (rəsmi emblemin şəkli əlavə edilir).
***
Dövlət başçısının digər Fərmanı ilə “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri” də edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan və İndoneziya investisiya əlaqələrinin inkişafını müzakirə edib
-
Bratislavadan Bakıya ilk aviareys yola düşüb
-
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
-
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
-
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib














