Avropanın yenidən silahlanmasını sürətləndirmək üçün silah alışı qaydaları sadələşdiriləcək
Avropa İttifaqı Şurası və Avropa Parlamenti silah alışını, müdafiə layihələrini və Avropa istehsalçıları arasında əməkdaşlığı sürətləndirəcək yeni sadələşdirilmiş qaydalarla bağlı ilkin razılığa gəlib.
"Far.Az"un Avropa bürosunun Aİ Şurasına istinadən verdiyi xəbərə görə, razılaşma silah alışı və icazələrin verilməsi zamanı bürokratik prosedurları azaltmağa, müdafiə məhsullarının Aİ ölkələri arasında daşınmasını sadələşdirməyə və birgə satınalma imkanlarını genişləndirməyə şərait yaradacaq.
Əsas dəyişikliklərdən biri müdafiə layihələri üçün icazələrin verilmə müddətinin 102 iş günü ilə məhdudlaşdırılması olacaq.
Yeni qaydaların Aİ ölkələrinə müdafiə layihələrini daha tez başlatmağa, satınalmaları bir-biri ilə daha asanlıqla koordinasiya etməyə və qərarların qəbulundan silah və hərbi texnikanın tədarükünə qədər olan müddəti qısaltmağa kömək edəcək. Bununla da 2030-cu ilə qədər Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi planlarına nail olmaq nəzərdə tutulur.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib













