AEBA İranı uranla bağlı məlumatları açıqlamağa çağıran qətnamə qəbul edib
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurası ABŞ-nin dəstəyi ilə İranı zənginləşdirilmiş uranın qalan ehtiyatları barədə məlumatı açıqlamağa və inspektorlara onları yoxlamaq imkanı yaratmağa çağıran qətnamə qəbul edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, sənəd ABŞ və İran arasında qarşılıqlı zərbələrdən bir neçə saat sonra qəbul edilib.
Qətnamə ABŞ, Böyük Britaniya, Fransa və Almaniya tərəfindən hazırlanıb. Onun lehinə 21 ölkə səs verib, Rusiya, Çin və Niger əleyhinə çıxış edib, daha 10 dövlət isə bitərəf qalıb. Venesuela səsvermədə iştirak etməyib.
AEBA-dan bildirilib ki, ötən il İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin taleyi qeyri-müəyyən olaraq qalır. Qəbul edilmiş qətnamə Tehranı müvafiq məlumat verməyə və agentliklə əməkdaşlığı təmin etməyə çağırır.
İran isə sənədi tənqid edərək, onu ölkəyə qarşı hərbi təcavüzə haqq qazandırmaq cəhdi adlandırıb.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Tramp ölüm hökmlərinin icrasını sürətləndirmə tapşırığı verib













