Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır
Far.Az xəbər saytı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır


Orta Dəhliz nəqliyyat marşrutundan Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və digər ölkələri birləşdirən strateji geoiqtisadi sistemə dərin keçid mərhələsindədir.

"Far.Az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trans-Xəzər Forumunda onlayn formatda çıxışı zamanı deyib.

O bildirib ki, Körfəz bölgəsində və Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır. "Orta Dəhlizin vacib əsas komponentlərindən biri Bakı-Tbilisi-Qars dəmir yoludur. Bağlantı arxitekturasının vacib bir ölçüsü də Azərbaycanın Naxçıvan bölgəsi ilə əlaqəlidir. Yaranmaqda olan Zəngəzur dəhlizi getdikcə Orta Dəhlizin strateji seqmenti kimi qəbul edilir. O, Şərq-Qərb əlaqəsini gücləndirməklə yanaşı, Azərbaycanın Türkiyə və daha geniş coğrafiyada Avropa ölkələri ilə birbaşa əlaqəsini gücləndirmək potensialına malikdir", - Prezidentin köməkçisi əlavə edib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər