Vellinqton hava limanında yanğın olub, sərnişinlər təxliyə edilib
Far.Az xəbər saytı

Vellinqton hava limanında yanğın olub, sərnişinlər təxliyə edilib


Yeni Zelandiyanın Vellinqton hava limanında (Ronqotai hava limanı) yanğın baş verib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın yanğınsöndürmə-xilasetmə xidmətinin nümayəndəsi məlumat verib.

Yanğın nəticəsində sərnişinlər təxliyə edilib, aviareyslərin istiqaməti müvəqqəti olaraq dəyişdirilib.

Məlumata görə, hadisə yerinə hava limanının yanğınsöndürmə heyətləri göndərilib.

O əlavə edib ki, hazırda yanğının səbəbi məlum deyil.

Vellinqton hava limanının məlumatında qeyd olunur ki, terminalın əsas binasında təxliyə həyata keçirilib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

"Vellinqtona reysler müvəqqəti olaraq başqa istiqamətlərə yönləndirilib. Sərnişinlərin öz reysləri haqqında məlumatı aviaşirkətlərdən dəqiqləşdirməsi tövsiyə olunur", - qeyd edilib.

Oxşar xəbərlər

Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Bakıda ofis binasında PARTLAYIŞ: Xilasetmə görüntüləri
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər