Özbəkistan TDT üzv ölkələrinin rəqabət orqanları üçün vahid metodologiyanın hazırlanmasını təklif edib
Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin rəqabət qurumları üçün ortaq metodoloji yanaşmaların işlənib hazırlanması böyük əhəmiyyət kəsb edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Özbəkistanın Rəqabətin İnkişafı və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Xalilillo Turaxujayev "Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu" çərçivəsində təşkil olunan "TDT-nin hərəkətverici qüvvələrindən biri kimi rəqabət siyasətinin formalaşdırılması: regional əməkdaşlıq" mövzusundakı panel müzakirələrdə bildirib.
X.Turaxujayev qeyd edib ki, rəqabət strukturları arasında daimi əməkdaşlıq platformalarının təsis edilməsi, bazarların monitorinqi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də ümumi metodoloji çərçivələrin yaradılması xüsusi aktuallıq daşıyır.
"Dünya miqyasında gedən iqtisadi proseslər, logistika zəncirlərində baş verən transformasiyalar, enerji bazarlarındakı struktur dəyişiklikləri və investisiya axınları rəqabət siyasətinə yeni baxış bucaqları tələb edir. Bu kontekstdə rəqabət orqanlarının fəaliyyətində vahid prinsiplərin mənimsənilməsi həm bazar subyektləri, həm də istehlakçılar üçün daha açıq və effektiv mühitin yaranmasına dəstək ola bilər. Rəqabət sahəsində regional tərəfdaşlığın gücləndirilməsi kartel razılaşmalarına qarşı mübarizənin intensivləşdirilməsinə, bazar nəzarətinin daha da təkmilləşdirilməsinə və iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xidmət edəcək".
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Rumıniyada güclü zəlzələ baş verib.
-
Paşinyan: Ümumi istifadədə olan çaylardan birgə yararlanmaq qaydalarının Azərbaycanla müzakirəsi vacibdir













