Avropa Regionlar Komitəsinin prezidenti Ukraynaya səfərə gəlib
Avropa Regionlar Komitəsinin prezidenti Kata Tyuttö Kiyevə səfərə gəlib, o, Ukrayna hökumətinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.
"Far.Az"un məlumatına görə, bu barədə Ukraynanın İcmaların və Ərazilərin İnkişafı Nazirliyi məlumat verib.
"Səfər çərçivəsində Ukraynanın bərpasına, icmaların inkişafına və Ukrayna ilə Avropa regionları arasında əməkdaşlığın gücləndirilməsinə, həmçinin dəstək göstərilməsinə həsr olunmuş bir sıra görüşlər və tədbirlər planlaşdırılıb" – teleqram kanalındakı məlumatda deyilir.
Tyuttö Ukrayna hökumətinin nümayəndələri ilə, xüsusən Ukraynanın bərpası üzrə baş nazir müavini – Ukraynanın İcmaların və Ərazilərin İnkişafı naziri Aleksey Kuleba ilə ikitərəfli görüşlər keçirəcək.
Tərəflər Ukrayna icmalarına dəstək, Ukrayna və Aİ bələdiyyələri arasında tərəfdaşlıqların inkişafı, həmçinin bərpa və Avropa inteqrasiyası sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycanın kata ekspertləri Sarayevoda kodokan seminarında iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi













