Saleh Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək
Far.Az xəbər saytı

Saleh Məmmədov Qəbələdə vətəndaşları qəbul edəcək


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov oktyabrın 25-də Qəbələ rayonunda vətəndaşları qəbul edəcək.

“Far.Az” Agentliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Qəbələ rayonu “10 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Qəbələ və Oğuz rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Qəbələ rayonu “10 №-li Yol İstismarı” və Oğuz rayonu “11 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Əsasnamə təsdiqlənib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər