Uruqvay nəşri: Azərbaycan Şərqlə Qərb arasında mədəni körpü rolunu gücləndirir
Far.Az xəbər saytı

Uruqvay nəşri: Azərbaycan Şərqlə Qərb arasında mədəni körpü rolunu gücləndirir


Monumental, arxeoloji və sənədli irsin qorunması Azərbaycan üçün milli çərçivələrdən kənara çıxan prioritet məsələdir.

"Far.Az" xəbər verir ki, bu barədə Uruqvayın "Diario La R" nəşrinin Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin UNESCO-nun mənzil-qərargahında keçirilən tədbirlərdə iştirak etmək üçün Parisə səfərinə həsr olunmuş məqaləsində bildirilib.

Materialın müəllifi qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin Parisdəki görüşləri Bakının Şərqlə Qərb arasında tarixi mədəni körpü rolunu təsdiqləyir.

Məlumatda vurğulanıb ki, Azərbaycan öz beynəlxalq nüfuzunu möhkəmləndirmək və incəsənət, təhsil və mədəni müxtəlifliyə hörmət vasitəsilə sülhə, sabitliyə və qarşılıqlı anlaşmaya yönəlmiş təşəbbüsləri təşviq etmək üçün çoxtərəfli diplomatiya platformalarından fəal şəkildə istifadə edir.

"Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri xüsusi əhəmiyyət kəsb edir. Çünki o, həssas regionlarda mədəni irsin qorunması və qlobal humanitar əməkdaşlıq kanallarının gücləndirilməsi kimi yüksək sosial əhəmiyyətə malik sahələrdə uzunmüddətli əməkdaşlıq perspektivlərinə birbaşa toxunur", - məqalədə vurğulanır.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər