Özbəkistan Hesablama Palatası 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq edəcək
Özbəkistan Hesablama Palatası dövlət maliyyə nəzarətinin səmərəliliyini artırmaq məqsədilə süni intellekt və rəqəmsal texnologiyaların audit prosesinə inteqrasiyasını sürətləndirir.
"Far.Az" xəbər verir ki, bu barədə Özbəkistanın ali audit orqanının baş müfəttişi Xuşniddinxon Camalov İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Azərbaycan Hesablama Palatasının təşkilatçılığı ilə "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" mövzusunda keçirilən tədbirdə bildirib.
Baş müfəttiş qeyd edib ki, son dövrdə ən əhəmiyyətli yeniliklərdən biri audit sisteminə süni intellekt texnologiyalarının daxil edilməsidir. "Bu istiqamətdə Hesablama Palatasında xüsusi Süni İntellekt və Rəqəmsal Transformasiya qrupu təsis olunub. Süni intellekt maraqlar toqquşmasının, əlaqəli tərəflərin və uyğunluq risklərinin müəyyənləşdirilməsində əhəmiyyətli funksiya daşıyır. Keçən ay Hesablama Palatasının süni intellekt platforması fəaliyyətə başlayıb. Bu platforma risklərin təhlili, anomaliyaların aşkar edilməsi və qərar qəbuletmə prosesində auditorlara köməklik göstərir. Süni intellekt auditorun əvəzedicisi deyil, onun potensialını gücləndirən vasitədir", - deyə X.Camalov vurğulayıb.
O həmçinin əlavə edib ki, gələn mərhələdə platformanın funksional imkanları daha da genişləndiriləcək, 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq ediləcək və sistemin ümumi səmərəliliyi artırılacaq.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
SOCAR-ın təşkilatçılığı ilə Hüquq və Uyğunluq Forumu keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Norveçdə pensiya yaşı artırıla bilər













