Tacikistan naziri: "Azərbaycanla ticarət dövriyyəmiz 200 faiz artıb"
"Azərbaycan bizim əsas ticarət tərəfdaşlarımızdan biridir. SPECA, MDB və digər regional platformalar vasitəsilə bir neçə istiqamətdə əməkdaşlıq edirik. Tacikistan Respublikası ilə Azərbaycan arasında çox yaxın münasibətlər mövcuddur. Münasibətlərimiz hər iki tərəfdən, o cümlədən prezidentlər səviyyəsində yüksək səviyyədə qurulub".
BAKU.WS xəbər veir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda İslam İnkişaf Bankı (IsDB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində deyib.
Nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən 200% artıb:
"Cari ilin ilk beş ayında da ticarət dövriyyəmizdə artım müşahidə olunur. Ümid edirik ki, gələcəkdə təkcə hökumət səviyyəsində deyil, özəl sektor arasında da sıx əməkdaşlıq olacaq".
O qeyd edib ki, Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı məhsullarının Tacikistandan Azərbaycana ixracı istiqamətində fəaliyyət göstərən "TajAzer Trade" birgə müəssisəsi mövcuddur.
"Ümid edirik ki, gələcəkdə Ələt Azad İqtisadi Zonası və Tacikistanın beş azad iqtisadi zonası vasitəsilə əməkdaşlığımızı daha da inkişaf etdirə bilərik".
A.Abdurahmonzoda əlavə edib ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla səmərəli görüş keçirib:
"Ümid edirik ki, gələcəkdə hər iki ölkə arasında ticarət və iqtisadi əlaqələri daha da inkişaf etdirəcəyik".
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













