XİN: Dünyadakı milyonlarla qaçqın və məcburi köçkünlə həmrəyliyimizi ifadə edirik
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq (Ümumdünya) Qaçqınlar Günü ilə paylaşım edib.
"Far.Az" xəbər verir ki, bu barədə məlumat XİN-in "X" sosial şəbəkə hesabında paylaşılıb.
"20 iyun - Ümumdünya Qaçqınlar Günündə biz dünyada böyük çətinliklər, qeyri-müəyyənlik, evlərinin və dolanışıq vasitələrinin itirilməsi ilə üzləşməkdə davam edən milyonlarla qaçqın və məcburi köçkünlə həmrəyliyimizi ifadə edirik", - paylaşımda bildirilib.
Qeyd olunub ki, Azərbaycan üçün məcburi köçkünlük məsələsi xüsusi əhəmiyyət daşıyır: "Azərbaycan ərazilərinə qarşı təcavüz və işğal nəticəsində bir milyondan çox azərbaycanlı onilliklər boyu didərginliyə və məhrumiyyətlərə dözərək qaçqın və məcburi köçkünə çevrilib. Bu şəxslərin hüquqları kobud şəkildə pozulmuş, evləri, yaşayış məskənləri və mədəni irsi isə məhv edilib.
Bu gün, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra, ölkə əvvəllər işğal altında olmuş ərazilərdə misli görünməmiş yenidənqurma və bərpa proqramı həyata keçirir. Böyük Qayıdış Proqramı vasitəsilə keçmiş məcburi köçkünlər təhlükəsizlik, ləyaqət və əmin-amanlıq şəraitində tədricən öz doğma torpaqlarına qayıdır, illərlə sürən didərginlikdən sonra öz həyatlarını və yaşayış məskənlərini yenidən qururlar.
Azərbaycan məcburi köçkünlüyün köklü səbəblərinin aradan qaldırılmasına, qaçqınlar və məcburi köçkünlər üçün davamlı həll yollarının təşviqinə, beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasına yönəlmiş beynəlxalq səyləri dəstəkləməyə sadiq qalır.
Bu Ümumdünya Qaçqınlar Günündə biz bütün dünyada qaçqın və məcburi köçkünlərin mətanət və cəsarətini ehtiramla anır və zorla yerindən edilmiş bütün insanların bir gün öz evlərinə qayıdaraq sülh, ləyaqət və firavanlıq şəraitində yaşaya bilməsini təmin etmək əzmimizi bir daha təsdiq edirik".
On 20 June - World Refugee Day, we express our solidarity with millions of refugees and forcibly displaced persons around the world who continue to face immense hardship, uncertainty, and the loss of their homes and livelihoods.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) June 20, 2026
For Azerbaijan, the issue of forced displacement… pic.twitter.com/c7Y40soi3X
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













