Şavkat Mirziyoyev: Birinci Türkoloji Qurultay türk xalqlarının yüksəlişi üçün böyük tarixi hadisə idi
Far.Az xəbər saytı

Şavkat Mirziyoyev: Birinci Türkoloji Qurultay türk xalqlarının yüksəlişi üçün böyük tarixi hadisə idi


Bir əsr əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni yüksəlişi üçün böyük tarixi hadisə idi.

"Far.Az" xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciətində qeyd olunub.

Özbəkistan dövlət başçısı bugünkü forumu türk xalqlarının ortaq dəyərlərini birləşdirən böyük ehtiram kimi dəyərləndirdiyini ifadə edib:

"Həmin dövrdəki müzakirə və düşüncələr bu gün də bizim üçün örnək mənbəyidir. Bu mənada, əcdadlarımızın elm və maarifə həsr olunmuş fikirlərini gələcək naminə əsas götürürük".

Şavkat Mirziyoyev türk xalqları arasındakı əməkdaşlığın inkişaf perspektivlərinə də toxunub:

"Əminəm ki, bu forum da türk xalqları arasındakı birlik və əməkdaşlıq üçün faydalı olacaq".

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı beynəlxalq elmi konfrans keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər