Estoniya Baş nazirinin reytinqi tarixi minimuma çatıb
Estoniyanın Baş naziri Kristen Mixalın reytinqi iyunda 4 %-ə düşüb ki, bu da ölkədəki ən aşağı göstəricilərdən biridir.
"Far.Az" xəbər verir ki, bu, "Delfi"nin sifarişi ilə "Turu-uuringute AS" şirkətinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.
Mixala dəstəyin əvvəlki minimumu mayda qeydə alınmışdı – 6%, lakin artıq növbəti ay onun reytinqi enişini davam etdirib. "Estoniya 200" Partiyasının lideri Kristina Kallas da eyni dərəcədə (4%) dəstək qazanıb.
Sorğu həmçinin göstərib ki, Mixalın reytinqinin düşməsi İslahat Partiyasına orta hesabla 12 % olan aşağı dəstək səviyyəsi ilə bağlıdır.
Siyasi liderlərin reytinqində birinci yeri 20 % dəstəklə müxalifətçi "İsamaa" Partiyasının rəhbəri Urmas Reynsalu tutur. Daha sonra 16 %-lə Mərkəz Partiyasının lideri Mixail Kelvart gəlir, halbuki bir ay əvvəl onların göstəriciləri eyni idi.
May ayındakı sorğular göstərmişdi ki, hazırkı prezident Alar Karis Estoniya sakinləri arasında əvvəlki dövlət başçısı Kersti Kalyulayda nisbətən qat-qat böyük dəstəyə malikdir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir













