Bakıda rayon icra başçılarına qanunsuz tikililərlə bağlı ciddi xəbərdarlıq edilib
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Far.Az-ya verilən məlumata görə müşavirədə bir sıra məsələlər, o cümlədən paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib. Qeyd edilib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb, şəhərdə geniş miqyaslı quruculuğ işləri həyata keçirilir.
Şəhər ərazisində həyata keçirilən işlərin monitorinqlərinin nəticələri müşavirə iştirakçılarının nəzərinə çatdırılıb. Həmçinin son vaxtlarda Binəqədi və Yasamal rayonlarında bu istiqamətdə pozitiv dəyişikliklərin müşahidə edildiyi qeyd edilib. Paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə edilib və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib. Müşavirədə çıxış edən Baki Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onlara təmiz əllərlə işləməyi və təvəzökar olmalarını bir vəzifə kimi tapşırıb. Lakin hələ də bəzən negativ hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon İcra Hakimiyyətlərin başçılarına ciddi xəbərdarlıq edilərək təcili tədbirlərin görülməsi tələb edilib. Bildirilib ki, BŞİH-nin monitorinq qrupu tərəfindən işlərə nəzarət ediləcək və nəticələri bir aydan sonra yenidən müzakirəyə çıxarılacaqdır.
Oxşar xəbərlər
Eldar Əzizov icra başçılarına ciddi xəbərdarlıq edib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
“Mənim Səsim” Seçki Monitorinq Koalisiyası aralıq hesabatını təqdim edib - FOTO
COP29 Azərbaycan Əməliyyat Şirkəti gündəlik “Daily Show” verilişini təqdim edir
Salyan şosesində asfaltlanma işləri aparılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib













