Rövşən Məmmədov: AzTV İranın informasiya hücumlarına cavab verməyə davam edəcək
AzTV-də yayımlanan "Həftə" analitik-informasiya verilişində Rövşən Məmmədov İranın Kəşfiyyat Nazirliyinin açıqladığı "İrana düşmən olan media qurumları" siyahısında Azərbaycan Televiziyasının da yer almasına münasibət bildirib.
BAKU.WS xəbər verir ki, o qeyd edib ki, 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən İran mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası və informasiya hücumları aparıb. Bunun əksinə olaraq, Azərbaycan mediası bu gün İran ətrafında baş verən hadisələri yalnız xəbər prinsipləri çərçivəsində işıqlandırır, hər hansı dezinformasiya və informativ hücumlara yol vermir.
Rövşən Məmmədov bildirib ki, belə bir şəraitdə İranın Kəşfiyyat Nazirliyinin "İrana düşmən olan media qurumları" siyahısına AzTV-ni də daxil etməsi təəccüb doğurur. Onun sözlərinə görə, Azərbaycan Televiziyasının bu siyahıya hansı əsasla salındığı bəlli deyil.
O, həmçinin bildirib ki, bunun səbəbi 44 günlük Vətən müharibəsi dövründə və sonrakı illərdə İran mediasının Azərbaycan əleyhinə yaydığı dezinformasiyalara AzTV-nin faktlara əsaslanan cavabları ola bilər.
Rövşən Məmmədov vurğulayıb ki, 100 illik tarixə malik Azərbaycan Televiziyası informasiya cəbhəsində ölkəmizə qarşı yönələn bütün hücumlara indiyədək olduğu kimi, bundan sonra da qarşı tərəfin kimliyindən asılı olmayaraq cavab verməyə davam edəcək.
Daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Rövşən Məmmədov: AzTV İranın informasiya hücumlarına cavab verməyə davam edəcək - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













