Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 227 min manatdan çox ziyan vurulub
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının son bir həftə ərzində keçirdiyi nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabirabad, Xaçmaz, Şamaxı, İsmayıllı və Şabran rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar edilib.
"Far.Az" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırmalar nəticəsində Bakı şəhərinin Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində, Sabirabad rayonunun Muğanlı, Xaçmaz rayonunun Qaradağlı, Şamaxı rayonunun Günəşli, İsmayıllı rayonunun Kürdmaşı kəndlərində, həmçinin Qaraməryəm–İsmayıllı–Şəki magistral avtomobil yolunun 47-ci kilometrliyində və Şabran rayonu ərazisindən keçən magistral avtomobil yolunun kənarında ağacların qanunsuz kəsildiyi müəyyən olunub.
Müəyyən edilib ki, qanunsuz ağackəsmə nəticəsində yaşıllıqlara ümumilikdə 227 min 850 manat məbləğində ziyan dəyib.
Bildirilib ki, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Oxşar xəbərlər
Xırdalanda 2 min ev quşunun qanunsuz kəsildiyi sexin fəaliyyəti məhdudlaşdırılıb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Bakının 6 rayonunda və Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran, Xaçmaz rayonlarında suçəkmə işləri aparılır
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
Yaşıllıqları "boş torpaq sahəsi" görənlər və susanlar - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib - 23 motoxuliqan saxlanılıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB













