"Gəmiqaya" Tarix-Bədii Qoruğu ərazisinə baxış keçirilib
"Gəmiqaya" Tarix-Bədii Qoruğu ərazisinin mövcud vəziyyətinin öyrənilməsi, qoruğun sərhədlərinin və mühafizə zonasının müəyyənləşdirilməsi məqsədilə əraziyə ilkin baxış keçirilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, baxışda Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov və Nazirlik Aparatının əməkdaşları iştirak ediblər.
İlk olaraq "Gəmiqaya" Muzeyi ilə tanışlıq olub. Burada qoruğun tarixi, ərazidə aparılmış tədqiqatlar, Gəmiqaya abidələrinin xüsusiyyətləri və aşkar edilmiş maddi-mədəni nümunələri barədə məlumat verilib.
Daha sonra "Gəmiqaya" Tarix-Bədii Qoruğunun ərazisinə baxış keçirilib. Baxış zamanı ərazinin coğrafi mövqeyi, tarixi-mədəni irs nümunələrinin yerləşmə xüsusiyyətləri və onların mühafizəsinin təmin edilməsi məsələləri nəzərdən keçirilib. Qoruğun sərhədlərinin dəqiqləşdirilməsi və mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində ilkin müzakirələr aparılıb.
Baxış zamanı, həmçinin, əvvəllər qeydiyyata alınmamış yeni qayaüstü təsvirlər aşkar edilib.
Qeyd edək ki, "Gəmiqaya" Tarix-Bədii Qoruğu Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 5 may 2006-cı il tarixli qərarı ilə yaradılıb. Qoruq Kiçik Qafqazın Zəngəzur sıra dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarında yerləşir və Qaranquş yaylağı, Qapıcıq zirvəsi, Nəbiyurdu və Camışölən yurdlarını əhatə edir. Qoruğun ərazisində 2000-dən çox daş üzərində 7000-dən artıq qayaüstü təsvir tədqiq edilib.
Dəniz səviyyəsindən 3000–3500 metr yüksəklikdə yerləşən Gəmiqaya abidələri qədim insanların həyat tərzi, dünyagörüşü və təsərrüfat fəaliyyəti haqqında mühüm məlumatlar verən tarixi-mədəni irs nümunələrindəndir. Qayaüstü təsvirlər arasında müxtəlif heyvan və insan fiqurları, ov səhnələri, simvolik işarələr və digər təsvirlərə rast gəlinir.
Xatırladaq ki, 2025-ci il iyulun 11-də UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi" Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
Qubada yol tamamilə çökdü
-
Ciqan valideynlikdən məhrum oluna bilər
-
İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik













