Amerikalı müğənni Dolli Parton vəfat edib
Amerikalı kantri müğənnisi, aktrisa və xeyriyyəçi Dolli Parton 80 yaşında vəfat edib.
"Report"un "The Guardian"a istinadən verdiyi xəbərə görə, onun ölümünü bacısı oğlu Brayan Siver "Instaqram" sosial şəbəkəsində açıqlayıb.
"Bu anın ağırlığını təsəvvür edirdim, amma həqiqətən də onu indiyədək hiss etməmişdim... Bu, şərəfdir, mütləq qürur və böyük kədər hissi ilə qarışıq bir şərəf", – deyə o yazıb.
Nəşr yazır ki, o, o qədər istedadlı idi ki, XX əsrin ən möhtəşəm mahnılarından ikisi – "Jolene" və "I Will Always Love You"nu bir gündə yazıb. "Parton mahnı müəllifi kimi canlı hekayəçilik, emosional dəqiqlik və melodik gücü ilə seçilirdi və bütün bunları təsirli aydınlıqla ifa edirdi", – məqalədə qeyd olunur.
Dolli Rebeka Parton 19 yanvar 1946-cı ildə ABŞ-ın Tennessi ştatının Pitman Center şəhərində anadan olub. O, mindən çox mahnı yazıb, müəllifi olduğu 25 sinql ABŞ kantri hit-paradında birinci yeri tutub, 47 albomu isə ən yaxşı kantri albomlarının ilk onluğuna daxil olub.
Vətənində öz janrının ən uğurlu müğənnilərindən biri kimi tanınan Partona "kantri kraliçası" titulu verilib.
D. Parton dünya üzrə 100 milyondan çox musiqi yazısı satıb ki, bu da onu bütün zamanların ən çox albom satan musiqi ifaçılarından birinə çevirir. O, "EGOT" mükafatlarının ("Emmi", "Qremmi", "Oskar" və "Toni") hər biri üzrə ən azı bir nominasiya əldə edən azsaylı ifaçılardan biridir.
O, 11 "Qremmi" mükafatının və Jan Herşolt adına Humanitar Mükafatın (2026) laureatıdır.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













